+994 50 711 88 44 | +994 50 711 44 88
info@azplastic.az
Polietilen paketler, Salafan paketler, Alış-Veriş paketleri, Şringlər, Palet Örtükləri, Tullantı Torbaları və s.
Azplastic MMC 2017-ci ildə təsis edilmişdir. Zavo Türkiyə, Almaniya və Tayvandan gətirilmiş yüksək texnoloji avadanlıqlarla təchiz olunmuşdur. Daima yenilənən polietilen zavod istehlakçılara müxtəlif ölçüdə, müxtəlif kəsim formalarında, şəffaf, rəngli, çaplı və çapsız yüksək keyfiyyətli polietilen paket, salafan paketler təqdim edir. Polietilen paketlər yerli və xarici istehsalçılardan alınan yüksək təzyiqli aşağı sıxlıqlı LDPE, aşağı təzyiqli yüksək sıxlıqlı HDPE polietilen indən istehsal olunur.
Az Plastic MMC məhsullarının qablaşdıırılması üçün nəzərdə tutulan polietilen paketlerin istehsalında xüsusi sanitar-gigiyenik normalara riayət edir.
https://azplastic.llc/wp-content/uploads/2020/03/music-added.mp4
Azərbaycanda sahibkarlığın inkişafı və təşəkkül tapması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu sahədə 1993-cü ildə təsdiq edilmiş ‘’Azərbaycanda sahibkarlığın inkişafı (1993-1995)’’ Dövlət Proqramını qeyd etmək olar.
Sahibkarlıq sektorunda həyata keçirilən islahatlar ölkədə fəaliyyət göstərən kiçik və orta sahibkarların sayını artırdı, onların xarici iqtisadi fəaliyyəti genişləndi və bu sahədə uğurların əldə olunmasına şərait yarandı. Azad sahibkarlığın inkişafı ümummilli lider Heyder Əliyevin daim diqqət mərkəzində olmuşdur.
Təsadüfü deyil ki, ulu öndərimiz ölkəmizin sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun tərəqqisi ilə əlaqələndirmiş, bu istiqamətdə dövlət qayğısının artırılmasına və ən əsası mövcud potensialın reallaşdırılmasına yönəlib. Ulu öndər rəhbərlik etdiyi illər ərzində respublikanı geridə qalmış və yalnız xammal mənbəyi sayılan aqrar respublikadan inkişaf etmiş sənaye respublikasına çevirməyə müvəffəq olmuş, adı heç yerdə çəkilməyən Azərbaycanı qısa müddətdə ön sıralara çıxarmağa, ən sürətlə inkişaf edən bir respublikaya çevirməyə nail olmuşdu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən, hər il aprel ayının 25-i Azərbaycanda “Sahibkarlar Günü” kimi qeyd olunur. Bu da ölkəmizdə sahibkarlığın inkişafına, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olanların hüquqlarının qorunması baxımından, dövlətin göstərdiyi qayğının bariz nümunəsidir. Azərbaycan iqtisadiyyatının bu dərəcədə inkişafının təməlini isə qeyri şərtsiz ulu öndər Heydər Əliyev qoyub. Ulu öndərin uğurlu siyasəti, düzgün qərarları bu gün Azərbaycanın söz sahibi kimi dünyada tanıdır. Cənab prezident İlham Əliyev bu uğurunu qətiyyətlə davam etdirir.
Prezident İlham Əliyev sahibkarlığın inkişafına xüsusi önəm verərək demişdir: “Mənim sahibkarlardan tələblərim bundan ibarətdir ki, yaşadıqları bölgələrdə və fəaliyyət göstərdikləri sahələrdə yaxşı işləsinlər, vergiləri vaxtında versinlər. Dövlət qarşısında onların heç bir borcu olmasın. İş yerləri yaratsınlar, bizneslərini daha da genişləndirsinlər, daha da yaxşı yaşasınlar, daha da zəngin olsunlar. Mən hesab edirəm ki, bu fikirlə sahibkarların fikirləri arasında heç bir fərq ola bilməz”.
Bu yaxınlarda sahibkarlıq sahəsində iki illik yoxlamaların dayandırılması da məhz sahibkarlığın inkişafına yönəlmiş növbəti addım oldu. Azərbaycanda sahibkarlıq sferası liberal münasibətlərə və məmur-sahibkar birbaşa ünsiyyətinin məhdudlaşdırıldığı mərhələyə qədəm qoydu. Bu artıq özəl sektorun inkişafında yeni mərhələnin açılmasına səbəb olmaqla yanaşı, Azərbaycanın makro-iqtisadi göstəricilərinə də birbaşa pozitiv təsir göstərdi.
Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması sənədlərdə sahibkarlara göstərilən bütün xidmətlərdə şəffaflığın gücləndirilməsi, səmərəliliyin artırılması kimi məsələlərin öz əksini tapması da məhz ondan xəbər verir ki, həm dövlət qurumları, həm da sahibkarların özləri şəffaf şəkildə fəaliyyət göstərəcəklər. Dövlət qurumlarının müdaxiləsinin azalması sahibkarların da şəffaf şəkildə öz fəaliyyətlərini qurmalarına səbəb olmalıdır. Bu sahibkarlıq sferasında artıq yeni, liberal və sivil münasibətlərin formalaşması deməkdir.
Lisenziyaların verilməsinin “ASAN Xidmətə” həvalə edilməsi sahibkarlara heç bir süründürməçilik və əlavə xərclər olmadan bütün növ lisenziyaları almaq imkanı verəcək. Monitorinqlər göstərirdi ki, əksər hallarda sahibkarlar tək lisenziyaya görə ödəniş etmirlər, bunun üçün əlavə pul verməli olurdular. Lisenziyaların sayının azaldılması, elektronlaşdırılması və sadələşdirilməsinə ehtiyac var idi. Odur ki, lisenziyaların sektoral olması da olduqca vacib idi.
Məsələn, qida sənayesində fəaliyyət göstərən sahibkarlar istər-istəməz qida növlərinə uyğun olaraq ayrı-ayrı lisenziyalar almalı olurdular. Təbii ki, buna ehtiyac yox idi. Sektoral sistemin tətbiqi iman verəcək ki, sahibkar yalnız bir lisenziya almaqla eyni sektorda fəaliyyət göstərmək imanları əldə etsin. Yeni qaydaların tətbiqindən sonra həm lisenziyaların sayının azaldılması, həm də onların verilməsi bütün bürokratik əngəllərin aradan qaldırılması müşahidə ediləcək.
Eyni zamanda, İqtisadiyyat və Sənaye Nazirliyi həmçinin Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan xüsusi razılıq (lisenziya), sertifikat, şəhadətnamə və digər sənədlərin elektron qaydada verilməsini təmin edən “Elektron lisenziya” portalının yaradılması istiqamətində işləri sürətləndirəcək.
İstehsal sahəsinə xammal qranul dənəvər şəklində daxil olur. Qranullar avadanlıqlarının qəliblənmə dəliklərindən keçir, nəticədə əriyirlər.
1-ci mərhələ dənəvər halında olan polietilenin şəffaf lentə çevrilməsi prosesidir.
2
2-ci həmin lentin üzərinə basqımərhələ basqı çəkməkdir.
Yüksək məhsuldarlığı ilə xarakterizə olunan fleksoqrafik çap polietilenə tətbiq olunur.
Son illərdə fleksografi, gələcək salafan torbalara və qablaşdırma materiallarına film çap etmək üçün geniş istifadə olunur.
Çanta istehsalının ikinci mərhələsində xüsusi bir boya yazma maşını istifadə olunur.
3
3-cü rulon bir paketə doğranır.
Hazır film rulonları xüsusi kəsmə maşınları istifadə edərək salafan paketlere kəsilir.
Müxtəlif növ məhsulların istehsalı üçün, həmçinin tutacaqların kəsilməsini və möhkəmləndirilməsini həyata keçirən müxtəlif texnoloji cihazların müxtəlif modelləri istifadə olunur.
Avtomatlaşdırılmış maşınlar kəsikləri və qaynaqları tanıya bilər, hazır polietilen məhsulları yenidən hesablayır və qablaşdırır.
4
Polietilen paket hazırdır. Son mərhələ keyfiyyətə nəzarət və məhsulları birbaşa müştəriyə yönəltməkdir.
Fabrikimizdə çalışan işçilərimizin hər biri öz işinin ustasıdır və işə məhsuliyyətlə yanaşır.
Uzun müddətli əməkdaşlıq bizim üçün çox önəmlidir! Biz müştərilərimizə yalnız yüksək keyfiyyətli məhsullar veririk.
Biz polietilen paket istehsalı sektorunda son tendensiyaları izləyərək, ən müsir avadanlıq və xam maldan istifadə edirik.
İstehsal prosesində ətraf mühitə zərar vurmamaq üçün, lazımı tədbirləri görürük, onu qorumaq – hər birimizin borcudur.
İşinə məsuliyyətlə yanaşan peşəkar işçi heyəti ilə sifarişin dəqiliklə, vaxtında yerinə yetirilməsi və çatdırılmasına önəm verən Azplastic MMC üçün müştəri məmnunluğu ön sıralardadır.
Məqsədimiz qeyri-neft sektorunun inkişafına dəstək göstərmək və gələcəkdə inkişaf etmiş ölkələrin təcrübəsindən istifadə edərək polietilen sahesini daha inkişaf etdirmək. Az Plastic MMC öz imkanlarını davamlı genişləndirir və xidmət səviyyəsini yüksəldir, xidmətlərimizin keyfiyyəti isə ən tələbkar müştərilərimizin tələblərinə cavab verir. AzPlastic MMC – polietilen paket zavodu.
24
İL TƏCRÜBƏ
29
AVADANLIQ SAYI
39
MƏHSUL ÇEŞİDİ
373
PARTNYORLARIMIZIN SAYI